Şahzadənin oğlu həbs edildi

23:51 02.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

3 fevralda məhkəmə qarşısına çıxması planlaşdırılan Norveç vəliəhdi Mette-Maritin oğlu Marius Borq Höybi yenidən həbs edilib.

Hafta.az xəbər verir ki, Oslo polisi həbsin 1 fevralda baş verdiyini bildirib. O, hücum, bıçaqla hədə-qorxu və qadağa qərarını pozmaqda ittiham olunur.

Höybi  1997-ci ildə əvvəllər narkotik ticarətində məhkum edilmiş Morten Borqun ailəsində anadan olub. 2001-ci ildə Mette-Marit hazırda Norveç taxtının varisi olan Şahzadə Haakonla evlənib. Marius rəsmi olaraq kral ailəsinin üzvü deyil.