Sakinlər silahları könüllü polisə təhvil verdilər

09:38 18.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

 

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

 

 

Məlumata görə, aparılan tədbirlər nəticəsində ötən gün şəhər sakinləri tərəfindən 3 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.