Salyanda yas mərasimində 12 nəfər koronavirusa yoluxdu

21:26 09.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yoluxmanın artmasına səbəb ictimai nəqliyyat və restoran-kafelərdir.

Hafta.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

“İctimai iaşə obyektləri, marketlərdə virusa yoluxma halları daha çoxdur. Bu gün Salyanda keçirilən yas mərasimində 12 nəfər qadının koronavirsa yolixması halı qeydə alınıb. Vətəndaşları kütləvi tədbirlərdən uzaq olmağa və sosial məsafəni gözləməyə çağırırıq”.