Salzburq şəhərində Azərbaycan mətbəxi günü qeyd olunub

14:00 22.11.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avstriyanın Salzburq şəhərində Azərbaycan mətbəxi günü təşkil olunub.

Hafta.az-ın yazdığına görə, Salzburq şəhərindəki Azərbaycan Evində keçirilən tədbir Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub. Təşkilatın fəalları Azərbaycan və türk icmasının üzvlərini, eləcə də yerli ictimaiyyətin nümayəndələrini milli mətbəx günü ilə bağlı təşkil edilmiş tədbirə dəvət ediblər. 

Milli mətbəx günündə Azərbaycan mətbəxinin ləziz təamlarından olan qutabın hazırlanması qaydaları nümayiş olunub. Azərbaycanlı xanımlar qonaqların da iştirakı ilə müxtəlif növ qutablar bişiriblər.

Tədbir Azərbaycan təamları ilə bəzədilmiş süfrə arxasında davam edib. Qonaqlar pandemiyadan sonra Azərbaycan mətbəxinin geniş ictimaiyyətə təqdimatı və tanıdılması üçün tədbirlərin keçirilməsini arzulayıblar.