Şamaxıda ölümlə nəticələnən qəza hadisəsi baş verib

22:43 23.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Şamaxı rayonunun Quşçu kəndi ərazisində "Mercedes" markalı avtomobilin sürücüsü Elgün Nəbiyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan hafta.az-a bildirilib ki, müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və avtomobildəki sərnişin, 1973-cü il təvəllüdlü Ağsu şəhər sakini Arif Əliyev rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, A.Əliyev vəfat edib.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Oxunma sayı 96