Sanksiyaya məruz qalan rus oliqarxın İngiltərədə CƏSƏDİ TAPILDI - ŞÜBHƏLİ ÖLÜM

17:46 03.03.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna ilə Rusiya arasında münaqişə kəskinləşərək müharibəyə çevrildikcə bütün dünya cəbhə xəttindən kənarda Rusiyaya qarşı mübarizəni davam etdirir. Ən böyük zərbəni isə sanksiya siyahısına daxil edilən rus oliqarxları alıb.

Hafta.az İngiltərə mətbuatına istinadla xəbər verir ki, sanksiya qərarları elan edilərkən və Boris Consonun bu mövzudakı açıqlamalarından dərhal sonra iş adamı Mixail Watfordun evində ölü tapılması şok effekti yaradıb.

Ukrayna əsilli iş adamı və rusiyalı oliqarx Mixail Watford İngiltərənin Surrey şəhərindəki evində ölü tapılıb və Rusiya-Ukrayna müharibəsi ilə bağlı xəbərlərin manşetlərinin başında olub.

66 yaşlı Mixail Watford-un rus oliqarxlarına tətbiq edilən sanksiyalar xəbərlərinin tam ortasında və Boris Consonun bu mövzuda sərt açıqlamaları arasında vəfat etməsi bir çox sual işarələrinə səbəb olub.

Polisin verdiyi məlumata görə, bağban bazar ertəsi biznesmenin cəsədini tapıb. Bağban evin qarajına daxil olanda Uotfordun cəsədi ilə qarşılaşıb.

Watfordun ölümü polis qeydlərində “izah edilə bilməyən ölüm” kimi qeyd edilsə də, “şübhəli ölüm” sözü işlədilməyib. Bu, oliqarxın öldürülmədiyi, onun intihar edə biləcəyi ilə bağlı şərhlərə səbəb olub.