Saxa Respublikasında 390 karatlıq almaz çıxarıldı

11:45 11.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yaqut və almazları ilə məşhur olan Yakutiyada son 10 ilin ən böyük almazı aşkar edilib.

Hafta.az-ın yazdığına görə, çəkisi 390,7 karat olan almaz Anabar bölgəsindəki Mayat mədənindən çıxarılıb.

Qeyd edək ki, bu ölçüdə almaz sonuncu dəfə 2013-cü ildə tapılıb. Həmin almazın çəkisi 401 karat olub.

Tapılan almaz sarı-qəhvəyi halo ilə əhatələnmiş qeyri-düzgün formalı açıq rəngli kristaldır. Almazı tapan şirkət bildirib ki, aşkarlanan digər almazlarla müqayisədə unikal almaz kütlə, forma və rəngin unikal birləşməsinə malikdir.

Mütəxəssislər almazların potensialının və xassələrinin hələ araşdırılmadığını, lakin bunun Rusiyanın almaz sənayesi üçün yeni rekord olduğunu vurğulayırlar.