Saytlarda qeydə alınan əsas dil pozuntuları açıqlanıb

15:54 07.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən saytların monitorinqi yekunlaşıb.

Saytların monitorinqi ilə bağlı hesabata əsasən, qeydə alınmış 5500 dil faktından 3976-sı hesabata daxil edilib. Onlardan 1676-sı orfoqrafik (42%) , 488-i leksik (12%), 872-si qrammatik (22%), 940-ı isə üslubi (24%) səviyyədə pozulmanın göstəricisidir.

Qeyd edək ki, monitorinq noyabr-fevral aylarında 60 sayt üzərində aparılıb.