“Səbail”ə yeni baş məşqçi təyin edilib

21:05 29.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Adil Şükürov “Səbail” PFK-nın baş məşqçisi təyin olunub.

Hafta.az klubun mətbuat xidmətinə istinadən bildirir ki, mütəxəssislə 2026/2027-ci il mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Noyabrın 30-da, saat 16:00-da Adil Şükürov komanda ilə ilk məşqinə çıxacaq, məşqdən 15 dəqiqə öncə KİV nümayəndələri üçün “ASCO Arena”da brifinq təşkil ediləcək.

Adil Şükürovun son iş yeri bu ilin sentyabrınadək “Kəpəz” klubu olub.

“Səbail” klubu noyabrın 27-də Elvin Məmmədovu baş məşqçi postundan istefaya göndərib.