“Səddam Hüseyni gizlətmək” sənədli filminin qəhrəmanı: "Biz ona xəyanət etməmişik”

11:10 04.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ciddədə Qırmızı Dəniz Film Festivalında nümayiş etdirilən sənədli film İraqın keçmiş prezidenti Səddam Hüseynin yoxa çıxmasından bəhs edir.

Hafta.az-ın yazdığına görə, Səddam Hüseynin 253 gün gizlənməsi ərəb və beynəlxalq aləmin yaddaşına həkk olunan hadisələr sırasındadır. Filmdə Səddamın hekayəsini Alla Namik danışır.

“Səddam Hüseyni gizlətmək” filmində keçmiş prezident Səddamın Bağdadın şimalındakı Dura qəsəbəsindəki ağaclar və qızılgüllər arasındakı bir quyuda gizlənməkdən tutmuş həbsinə qədər həyatının kritik dövrü Alla Namik tərəfindən ətraflı izah edilir.

Namik deyib ki, Qərb mediası onun "Əbu Qreyb" həbsxanasından çıxan 2004-cü ildən bəri Səddamla hekayəsini danışmasını israr etsə də, filmdə iştirak etmək fikri yoxdur. Ancaq illər sonra qəzetlər, televiziya kanalları, sosial şəbəkələr hər gün bu hekayəni yeni və yanlış danışmağa başlayıb. "Bu, məni filmə çəkilməyə razılaşmağa vadar etdi. Mən satqın deyiləm və heç kəsin övladlarımı satqın övladları adlandırmasına icazə verməyəcəyəm”, - o, deyib.

Namikin fikrincə, Səddam bəzən çətin, bəzən də asan olan bir şəxsiyyətə malik idi. Səddam niyyətlərinə əmin olmaq üçün həmişə onları sınayardı. Namik, Səddamın ondan 2003-cü il dekabrın 13-də yerini dəyişdirməsini istədiyini və o, dərhal “İndi dəyişərik” deyərək razılaşdığını, amma bunun üzərinə Səddamın “Yox, otur” deyərək şam yeməyi hazırlamağa başladığını söyləyib. “Biz yeməyə əyləşən kimi Amerika qüvvələri basqın edərək bizi tutdular”, - Namik bildirib.

Oxunma sayı 176