Türkiyənin Çorum şəhərini içməli su ilə təmin edən üç su anbarının suyu tükənməkdədir.
Hafta.az-ın yazdığına görə, bu haqda Çorum bələdiyyəsinin sədri Xəlil İbrahim Aşgın məlumat verib. Onun sözlərinə görə, Hatap, Çomar və Yeni Həyat anbarları qurumaq üzrədir. Odur ki, şəhər əhalisi suyu maksimum israfla işlətməlidir.
"Anbarlarımızdakı su şəhər camaatına sadəcə 10 gün bəs edəcək. Çorumda son vaxtlar quraqlıq hakimdir, yağış yağmır. Bu səbəbdən də anbarlarımızda ümumi su ehtiyyatının həcmi 715 min kubmetrədək azalıb. Bu vəziyyətin nə vaxtadək davam edəcəyini bilmirik. Şəhərdə qış mövsümündə günlük su istifadəsinin həcmi 50 min kubmetrdir. Hansı ki, yayda isə bu rəqəm 75 min kubmetrədək artır", - bələdiyyə sədri deyib.
Sədr əlavə edib ki, hazırda tikintisi davam edən Koçhisar anbarından çəkilmiş xətlə dəstək xarakterli su vurmaqla əhalinin içməli su tələbatını ödəyəcəklər. Amma həmin xəttin tikintisi ilin sonunda başa çatacaq. Odur ki, ən azı bir ay ərzində əhali suyu qənaətlə işlətməlidir.