Şəhid İlqar Verdiyevin atası vəfat edib

09:49 22.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusunun şəhid kapitanı İlqar Verdiyevin atası Tapdıq Verdiyev vəfat edib.

Hafta.az-ın məlumatına görə, bu barədə mərhumun həyat yoldaşı Rəna Verdiyeva bildirrib.

Xatırladaq ki, kapitan İlqar Verdiyev bir müddət Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini vəzifəsində işləyib.

 2008-ci ildə o, cəbhə bölgəsinə bölük komandiri vəzifəsində xidmət etməyə göndərilib.


2012-ci il iyunun 9-dan 10-na keçən gecə mühəndis-istehkam bölüyünün komandiri kapitan İlqar Verdiyev cəbhənin Goranboy rayonu istiqamətində minaya düşmüş hərbi hissənin mühəndis-istehkam xidmətinin rəisi, mayor Zahir Məmmədovu ərazidən çıxarmaq istəyərkən özü də minaya düşüb. İlqar Verdiyev bir neçə gün komada qalandan sonra 2012-ci ilin iyunun 14-də şərəfli şəhidlik zirvəsinə yüksəlib.


Mərhum zabit ailəli idi, Kamran və Orxan adlı iki oğlu, Əminə adlı bir qızı yadigar qalıb.