Şəhid zabitin atası vəfat etdi

12:54 23.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəhid zabit Müseyib Zeynalovun atası Salyan rayonunda vəfat edib.

Hafta.az xəbər verir ki, bir müddətdir xəstəlikdən əziyyət çəkən Saleh Zeynalov bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Azərbaycan Ordusunun mayoru olan Müseyib Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Müseyib Zeynalov noyabrın 6-da Qubadlı döyüşləri zamanı şəhid olub. Salyan şəhərində dəfn olunub.

Allah rəhmət eləsin/Publika.az