Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsində təyinatlar olub

16:38 22.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsində təyinatlar olub.

Bu barədə hafta.az-ın sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

Bildirilib ki, Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə Qulu Xəlilov təyin edilib. Eyni zamanda, şöbənin İctimaiyyətlə əlaqələr sektoru Elvin Hacıyevə, Media ilə iş sektoru isə Nigar Həmzəyevaya həvalə olunub.