Yazını böyüt
Yazını kiçilt
Amerikalı şəxs səhvən lotereya bileti alıb və cekpotu vurub. Bu barədə UPI xəbər agentliyi məlumat yayıb.
Merilend ştatının 40 yaşlı sakini 20 dollarlıq cəmi bir bilet almağı planlaşdırdığını, lakin təsadüfən iki bilet aldığını bildirib. Tezliklə səhvən aldığı biletin uduşlu olduğunu öyrənib və ona sərvət qazandırıb. Amerikalı 50 min dollar udub.
Qalib bildirib ki, pul mükafatından borclarını ödəmək üçün istifadə etməyi planlaşdırır.