Şəkidə "Kamaz" yaşlı qadını vurdu

11:12 22.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəkidə "Kamaz" yaşlı qadını vuraraq öldürüb.

Hafta.az xəbər verir ki, hadisə rayonun Baş Zəyzid kəndində baş verib.

Sürücü Tərlan Siracəddinov idarə etdiyi "Kamaz" markalı yük avtomobilini geriyə hərəkət etdirərkən piyada, 69 yaşlı Solmaz İsayevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.