Şəkidəki bu obyektin fəaliyyəti dayandırıldı

13:17 12.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şəki şəhərinin S. Rəhman küçəsində fərdi sahibkar Fərahim Yavər oğlu Abdulkərimova məxsus “Şəki” kafesində yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Hafta.az-a verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib, nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.