Şəmkir sakinindən 7 kiloqram narkotik vasitə aşkarlanıb

10:42 11.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Rövşən Əliyev saxlanılıb.

Onun üzərindən və evindən 7 kiloqram narkotik vasitə marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.