Şəmkirdə 18 yaşlı qız dərmandan zəhərləndi

11:29 04.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkir şəhərində zəhərlənmə faktı qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

 2005-ci il təvəllüdlü Azərin Mustafayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

18 yaşlı qızın vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, A.Mustafayeva dərman içərək zəhərlənib.

Onun hansı səbəbdən dərman içməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.