Şəmkirdə valyutadəyişmə məntəqəsinə qumbara atılıb, yaralananlar var

18:27 05.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkirdə valyuta mübadiləsi məntəqəsinə silahlı hücum olub.

APA xəbər verir ki, hadisə rayonun “Bazar” adlanan ərazisində qeydə alınıb.

4Naməlum şəxslər valyutadəyişmə məntəqəsinə qumbara atıblar. Hadisə zamanı 2 nəfər-1972-ci il təvəllüdlü Heydərov Nəsib Yusif oğlu və 1990-cı il təvəllüdlü Qarayev Binnət Həsən oğlu xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, hadisə ilə bağlı dərhal Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gəlib. Hazırda yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir. Cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.