Yazını böyüt
Yazını kiçilt
Ermənistan parlamentinin sədri Alen Simonyan Qarabağda Azərbaycan dövləti tərəfindən ləğv edilmiş separatçı-terrorçu rejimin qurumlarının İrəvanda saxlanmasını Ermənistan üçün təhlükə hesab edir.
Hafta.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.
“Mən Qarabağda dövlətçilik yaratmaq və ya burada bəzi dövlətçilik institutlarını saxlamaq və ya inkişaf etdirmək məqsədini görmürəm. Mən bunu Ermənistanın təhlükəsizliyinə birbaşa təhdid və zərbə hesab edirəm”, - deyə A.Simonyan mətbuat konfransında bildirib.
Xatırladaq ki, bundan bir müddət öncə Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyan da ləğv olunmuş separatçı-terrorçu rejimin qurumlarının saxlanmasının Ermənistanın təhlükəsizliyinə təhdid olduğunu bəyan edib.