Şər oxuna ağır zərbə endirildi – Katz

10:35 01.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ədalət zəfər çaldı və şər oxuna ağır zərbə endirildi.

Hafta.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.

"Xamenei İsrailin əməliyyatının ilk zərbəsi zamanı zərərsizləşdirilib, onunla birlikdə İranın digər yüksək vəzifəli şəxsləri də məhv edilib. İsraili məhv etmək üçün fəaliyyət göstərənlər məhv edildi. Ədalət zəfər çaldı və şər oxuna ağır zərbə endirildi. Liderlik və qətiyyətə görə baş nazir Benyamin Netanyahuya təbriklər. Biz İsrail dövlətinin müdafiəsi üçün bütün gücümüzlə fəaliyyətimizi davam etdirəcəyik", – deyə Katz bildirib.

Qeyd edək ki, İsrailin Tehrana hərbi hava hücumları nəticəsində İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və ailə üzvləri ölüb.