Sərhəddə gözləyən yük maşınlarının sayı açıqlandı

17:16 19.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 640 yük maşını gözləmədədir.

Bu barədə hafta.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

 

Bildirilir ki, “Biləsuvar” gömrük postunda 38, Astara gömrük postunda 18, “Mazımqara” gömrük postunda 14, “Samur” gömrük postunda 45 və “Xanoba” gömrük postunda beş yük maşını var.