Sərnişin qatarı Tbilisidən Bakıya yola çıxıb

23:33 28.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Tbilisi-Bakı sərnişin qatarı Gürcüstandan Azərbayacana yola düşüb.

Hafta.az bildirir ki, qatar sabah saat 06:24-də Bakıya çatacaq.

Qeyd edək ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq veriləcək.

Gürcüstan ərazisində isə qatarlar Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq.