Sertifikasiyadan keçən müəllimin orta aylıq maaşı 1300 manatdır

11:44 06.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün ölkədə sertifikasiya imtahanından uğurla keçən müəllimin orta aylıq əməkhaqqı 1300 manatdır.

 

Hafta.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

 

O bildirib ki, sertifikasiya prosesində nəticələrindən asılı olmayaraq, bütün müəllimlərin əməkhaqqı artırılıb:

 

"Təlim ehtiyacları müəyyən edilib. 2022-ci ildən başlayaraq artıq sertifikasiya nəticəsinə uyğun olaraq əməkhaqqı diferensial formada artırılır. Bu həftənin sonu 8 minə yaxın müəllimin iştirakı ilə təkrar sertifikasiya keçiriləcək. İnanırıq ki, müəllimlərimizin böyük əksəriyyəti bu prosesdən uğurlara keçəcək".

 

Direktor qeyd edib ki, sertifikasiyadan keçən müəllimlərin sayı səkkiz minə yaxındır. O qeyd edib ki, bu il keçiriləcək sertifikasiya imtahanı nəticələrinə görə yeni tədris ilində 20 mindən çox şəxsin müəllim sırasına qoşulması nəzərdə tutulur.

 

E.Bağırov xatırladıb ki, iyunun 8-də səkkiz minə yaxın müəllim təkrar sertifikasiya imtahanına cəlb olunacaq.

 

"Son 6 ay ərzində onlar üçün inkişafetdirici təlimlər keçirilib. Böyük əksəriyyətin uğur qazanacağına inanırıq", - o deyib.

 

Eşqi Bağırov əlavə edib ki, sertifikasiyada uğur qazana bilməyən 800-ə yaxın müəllim işdən kənarlaşdırılıb.