Sərxoş şəxs partiya qərargahının qarşısında məhəccərləri dağıdıb

12:39 03.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vətəndaş İnkişaf Partiyasının Yasamal rayonunda yerləşən qərargahının qarşısındakı pilləkənin daş məhəccərlərinin yararsız hala salınıb.

Hafta.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, bu əməldə siyasi motiv yoxdur. Polis tərəfindən keçirilən tədbirlərlə müəyyən olunub ki, mayın 1-də gecə saatlarında rayon sakinləri – Elçin Məmmədov və Fərid Əhmədov arasında şəxsi münasibətlər zəminində münaqişə baş verib. Baş verən münaqişədən sonra F.Əhmədov içkili vəziyyətdə partiya qərargahının qarşısındakı məhəccərləri dağıdaraq yararsız hala salıb.

Faktla əlaqədar Yasamal RPİ 27-ci PB-də təhqiqat araşdırması aparılır.