Avqustun 28-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Lənkəran rayonunda Şəhidlər xiyabanını ziyarət edib.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, 44 günlük Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edən QMİ sədri Allahşükür Paşazadə canlarından keçən qəhrəman oğullarımızın ruhuna dualar oxuyub, xatirələrinə ehtiramını bildirib. Eyni zamanda, avqustun 28-də doğum günü olan şəhidlər Mayıl Əzizov, Emin Qurbanov və Həsənağa Abdullazadənin xatirələri anılıb, məzarları ziyarət olunaraq önünə tər güllər düzülüb, ruhlarına dualar oxunub.
Ziyarətdə Milli Məclisin deputatı Cavanşir Paşazadə, QMİ-nin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi qazı Qəni Axundzadə də iştirak ediblər.