İyunun 2-dən etibarən səyyar “ASAN xidmət” avtobusu Daşkəsəndə fəaliyyətə başlayacaq.
Hafta.az bildirir ki, rayon icra hakimiyyətindən verilən məlumata görə, rayondakı Heydər Əliyev Mərkəzinin qarşısında dayanacaq avtobusda vətəndaşlara həftənin 5 iş günü saat 10:00-dan 17:00-dək xidmət göstəriləcək. Ədliyyə və Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim xidmətlərə ümumvətəndaş pasportlarının, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, notariat xidmətləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tibb xidməti (qan qrupu, boy və göz rənginin təyini üçün) daxildir.
Səyyar “ASAN xidmət”in Daşkəsən rayonunda fəaliyyəti iyunun 25-dək davam edəcək.