Silahını təhvil verənlərə 500 dollar ödənilir

09:50 19.12.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Nyu-York əyalətində tərksilahı təşviq etmək üçün başladılan kampaniyada silahlarını təhvil verənlərə 500 dollara qədər mükafat verilir.

Hafta.az-ın yazdığına görə, Bruklin dairəsinin prokuroru Erik Qonzales və Nyu York Polis Departamentinin (NYPD) dəstəklədiyi kampaniyada odlu silahını təhvil verən hər kəsə silahın növündən asılı olaraq 50 - 500 dollar ödənilir.

"Küçələrdən silah toplamaq ortaq məsuliyyətdir və silahın geri qaytarılması fəaliyyəti məhəllələrimizdə silah zorakılığını azaltmaq üçün hərtərəfli strategiyanın bir hissəsidir", - bildirib Qonzales.

Kampaniyanın uğurlu olacağına ümid etdiyini bildirən Qonzales "Evində odlu silah olan hər kəsi bu fürsətdən yararlanmağa və əhəmiyyətli miqdarda pul qazanmağa dəvət edirəm" deyib.

NYPD komissarı Kiçant Sevell bildirib ki, şəhərdə silah zorakılığını azaltmağın ən təsirli yolu küçələrdəki silahların sayını azaltmaqdır. Oəlaə edib ki, silahını gətirən hər bir kəsə heç bir sual-cavab olmadan 50, 150 və 500 dollarlıq hədiyyə kartları verilir.

“Hətta reklamda da qeyd edildiyi kimi, silahlarını təhvil verən ilk 25 nəfərə iPad planşet kompüter hədiyyə edilib”, - o, deyib.