Silahının real olduğu güman edilən striptizçi saxlanılıb

11:50 31.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniyada oyuncaq tapançanın gerçək olduğu düşünülən striptizçi küçədə gedərkən saxlanılıb. Frankfurt polisi hadisənin cümə günü axşam saatlarında baş verdiyini açıqlayıb.

Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, səlahiyyətlilər, ABŞ polisi paltarı geyinmiş, dəbilqə taxmış və avtomat silahla küçədə dolaşan bir gənc haqqında çoxsaylı xəbərlər alıb. Əraziyə gələn polis əməkdaşları adı açıqlanmayan rəqqası yaxalayıb. Bəyanatda aşağıdakılar yer alıb: Ümumi vəziyyət və tapançanın həqiqi, yoxsa oyuncaq olduğunu anlamaq mümkün olmadığından, şəxsin əlindəki silahı alınaraq nəzarətə götürülüb, özü isə yerə yıxılıb və əlləri qandallanıb”.

31 yaşlı kişinin subaylıq gecəsi üçün bara çağırılan striptizçi olduğu müəyyən edilib. Oyuncaq silahın onun kostyumunun bir hissəsi olduğu açıqlanıb.

Polis əməkdaşları hadisəyə aydınlıq gətirdikdən sonra rəqqası sərbəst buraxıblar.

Oxunma sayı 221