KXDR-in dekabrın sonunda buraxdığı beş pilotsuz təyyarədən biri Cənubi Koreya prezidenti Yun Suk-yeolun Seuldakı ofisi ətrafında yaradılmış uçuşa qadağan zonaya daxil olub.
Hafta.az Yonhap-a istinadla xəbər verir.
Hərbi mənbənin bildirdiyinə görə, 3,7 km radiusda uçuşa qadağan zonada olan pilotsuz təyyarə Şimali Koreya ordusunun iki Koreyanı ayıran demarkasiya xətti boyunca atdığı 5 maşından biri olub. Onlardan biri Seula uçmağa müvəffəq olub, lakin o, “əsas təhlükəsizlik obyektlərinə” yaxınlaşa bilməyib, xəbər agentliyinin mənbəsi bildirib.
Hadisə Cənubi Koreyanın hava hücumundan müdafiə sisteminin ciddiliyi ilə bağlı suallar doğurub. Ölkənin hərbi idarəsinin nümayəndəsi vurğulayıb ki, hava məkanının təhlükəsizliyinin belə ciddi şəkildə pozulması hələ olmayıb. Yonhap qeyd edir ki, pilotsuz təyyarələrin işğalı Cənubi Koreyanın belə kiçik təyyarələri aşkar etmək, izləmək və vurmaq üçün hazır olmadığını üzə çıxarıb.