Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA-nın verdiyi məlumata görə, Şimali Koreya Xarici İşlər Nazirliyi Rusiyaya döyüş sursatı göndərilməsi ilə bağlı mediada yayılan xəbərləri “əsassız” adlandırıb və ABŞ-ı Ukraynaya ölümcül silahlar tədarük etməkdə qınayıb.
Yaponiyanın “Tokyo Shimbun” qəzeti daha əvvəl Şimali Koreyanın keçən ay sərhədindən qatarla Rusiyaya artilleriya mərmiləri də daxil olmaqla döyüş sursatları göndərdiyini və yaxın həftələrdə daha çox daşınmanın gözləndiyini bildirib.
“KXDR və Rusiya arasında heç vaxt olmamış “silah sazişi” məsələsində KXDR prinsipial mövqeyində dəyişməz olaraq qalır”, - deyə KXDR nümayəndəsi bildirib və əlavə edib ki, “Ukraynaya qan və dağıntı gətirən ABŞ-dır, müxtəlif növ ölümcül silahlarla təmin etməklə ".