Sınaq imtahanları başlayıb

11:06 21.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə keçiriləcək sınaq imtahanına qeydiyyat davam edir.

Hafta.az xəbər verir ki, sınaq imtahanında istifadə olunacaq test tapşırıqları 11-ci siniflər üçünümu mtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarının 2022-ci il yanvar ayının sonunadək olan hissəsini əhatə edəcək.

İmtahanda iştirak etmək üçün qeydiyyat 2 fevral saat 23:59-dək aparılacaq. Sınaq imtahanında istifadə olunacaq test tapşırıqları 11-ci siniflər üçün ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarının 2022-ci il
yanvar ayının sonunadək olan hissəsini əhatə edəcək.

İmtahanlar fevralın 13-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq. Fevralın 20-də keçiriləcək coğrafiya fənni üzrə əlavə imtahan isə
Bakı, Naxçıvan, Gəncə və Lənkəranda olacaq.

Oxunma sayı 26