Şirvanda silah-sursat tapılıb

16:30 19.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan hafta.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 5 ədəd patron aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.