Şıxarx qəsəbəsində ev yanıb

14:49 17.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tərtərdə yanğın hadisəi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, rayonunun Şıxarx qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.