“Tik-Toker Əli Kərimli kompüteri qarşısına qoyub danışır. Bilir ki, kompüter ona lazım olan cavabı verməyəcək. Əgər hər hansı fikir söyləmək istəyirsə, gəlsin internet kanallarında çıxış edək. Ona başa salaq ki, dünya təkcə donos verməkdən ibarət deyil”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov bildirib.
Deputat eyni zamanda bildirib ki, dünyaya özlərini demokrat göstərən Avropa və Qərb təsisatlarının Azərbaycanın haqq işinə nəinki dəstək vermir, əksinə əleyhinə işləyirlər.
“Xocalı soyqırımını törədənlər, Gəncəni, Bərdəni, Tərtəri bombalayanlar, mülki vətəndaşlarımızın ölümünə səbəb olan cinayətkar Ermənistana qarşı indiyə qədər heç bir sanksiya tətbiq olunmayıb. Ermənistanın yazıçıları, daşnaqlar Azərbaycan uşaqlarının necə dəmir borulara salınaraq yandırılmasını etiraf ediblər. Qərb, Avropa bunu görməlidir”.