Slovakiyanın Milli Şurasının sədri Azərbaycana işgüzar səfərə gəlib

14:54 05.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Slovakiyanın Milli Şurasının sədri Boris Kolların başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 5-də Azərbaycana işgüzar səfərə gəlib.

Hafta.az xəbər verir ki, Boris Kolları Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.