SOCAR Ukraynadakı yanacaqdoldurma məntəqələrində sığınacaqlar yaradıb

21:26 20.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

SOCAR-ın Ukraynadakı nümayəndəliyinin yanacaqdoldurma məntəqələrində hava həyəcanı zamanı müştərilərin təhlükəsizliyini təmin etmək məqsədilə sığınacaqlar yaradılıb.

Bu barədə hafta.az-a “SOCAR Ukraine”in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, artıq Odessa, Nikolayev, Lvov, Dnepr, Jitomir, Rovno, Çerkassı bölgələrində yerləşən SOCAR-ın yanacaqdoldurma məntəqələrində sığınacaqlar yaradılıb. Sığınacaqlar hava hücumu siqnalı zamanı istifadə edilə bilər.

Sığınacaqlar yanacaqdoldurma məntəqələrinin yaxınlığında yerləşir və onların şəbəkəsi genişlənir. Oxşar təhlükəsiz məkanların ölkənin digər regionlarında da açılması gözlənilir.