“Son 1 həftə ərzində ilansacma ilə əlaqədar olaraq 4 müraciət daxil olub. Bunlar ayrı-ayrı regionları əhatə edir. Onları gürzə sancıb. Xoşbəxtlikdən ilan sancanların arasında uşaqlar yoxdur. Onlardan ikisinin vəziyyəti daha ağır qiymətləndirilib. Son 1 həftədə edilən müraciətlərdə ölüm halı qeydə alınmayıb”.
Bunu hafta.az-a açıqlamasında Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov deyib. Azər Maqsudovun sözlərinə görə, son 1 həftə ərzində 5 nəfər dərman zəhərlənməsindən müraciət edib:
“Bundan başqa, 1 nəfər sirkə turşusundan zəhərlənib. 6 müraciət isə allergik reaksiya ilə əlaqədardır. 2 nəfər spirtli içkilərdən zəhərlənib. Sadalanan faktlar üzrə ölüm halları qeydə alınmayıb. Müraciət edənlərdən sadəcə 1 nəfəri qadındır. Xəstələrimizdən ikisinin vəziyyəti ağır olub. Vəziyyətləri ağır olanlar ilan sancmasından müraciət edənlər və sirkə turşusundan zəhərlənənlərdir”.