Son 2 ildə Rusiya şirkətləri “dost ölkələrdə” 11 min filial açıb

10:24 28.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son 2 ildə rusiyalı sahibkarlar "dost" adlandırdıqları ölkələrdə 11 min filial açıblar.

Hafta.az-ın “İzvestiya”ya istinadən yazdığına görə, “Finion”un araşdırmasına əsasən, ən çox filialı olan ölkələr Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, Qırğızıstan və Ermənistandır.

Xəbərə görə, bu üstünlüklərin arxasında vergi rahatlığı, sıx rusiya əhalisi, ixracı artırmaq və biznesi genişləndirmək imkanı kimi amillər dayanır.

Rusiyada qeydiyyatdan keçmiş şirkətlərin ən çox filial açdığı ölkə 9 minlə Serbiyadır. İkinci yerdə 1600 filialla Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb. Ondan sonra 800 filialla Ermənistan və 450 filialla Qırğızıstan gəlir.

Sözügedən şirkətlər ümumiyyətlə İT, logistika və xidmət kimi sektorlarda fəaliyyət göstərir.

Oxunma sayı 194