Son 30 ildə İspaniyada müsəlmanların sayı 10 dəfə artıb

17:15 27.03.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İspaniyada yaşayan müsəlman əhalisinin sayı son 30 ildə 10 dəfə artıb.

Hafta.az “TRT”yə istinadla xəbər verir ki, bu haqda İspaniya İslam Komissiyasının katibi Mohamed Ajana Ramazan ayı münasibətilə İspaniyadakı müsəlmanların  həyatı və qarşılaşdıqları problemlər ilə bağlı ''Anadolu'' agentliyinə müsahibəsində danışıb.

"İspaniyadakı müsəlman əhalisinin sayı son 30 ildə 10 dəfə artıb. İspaniyada rəsmi məlumatlara görə 2,5 milyon, qeyri-rəsmi məlumatlara görə isə 3 milyona yaxın müsəlman yaşayır" -deyən  Ajana bildirib ki, ölkədəki müsəlmanların 1 milyondan çoxu İspaniya vətəndaşıdır, bəziləri qaçqın digər hissəsi isə tamamilə ispan mənşəlidir.

Mərakeş, Pakistan, Banqladeş, Seneqal və Əlcəzair müsəlmanlarının çoxluq təşkil etdiyini bildirən İslam Komissiyasının katibi İspaniyadakı müsəlman əhalisinin əksəriyyətinin Kataloniya, Valensiya, Əndəlüs və Madrid kimi sənayeləşmiş bölgələrdə yaşadığını bildirib.

Ajana Ramazan ayının bütün dünya müsəlmanları kimi İspaniyadakı müsəlmanlar üçün də xüsusi bir ay olduğuna diqqət çəkib.

Ölkədə 1992-ci ildə imzalanan əməkdaşlıq müqaviləsi ilə müsəlmanların sosial və hüquqi hüquqlarının təmin edildiyini bildirən Ajana buna baxmayaraq həllini gözləyən bir çox problemin olduğunu bildirib.

 

Oxunma sayı 100