Sosial siyasətimizin əsas istiqamətlərindən biri şəhid ailələriə qayğıdır – Millət vəkili

16:16 27.08.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Şəhid ailələrinə və qazilərə mənzillərin, avtomobillərin verilməsi dövlətimiz sosial siyasətinin üstün istiqamətlərindən birinin məhz bu olduğunu göstərir. Dünən şəhid ailələri və Vətən Müharibəsi iştirakçıları ilə görüş bir daha təsdiq etdi ki, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında dövlətimiz bu kateqoriyadan olan insanlara yüksək diqqət, qayğı göstərir”.

Bu fikirləri hafta.az-a açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, bu kimi tədbirlər gənclərdə vətənpərvərlik, dövlətçilik hissinin daha da güclənməsinə təsir edir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər.