Şotlandiya baş nazirinin qohumları Qəzzadan çıxarıldılar

09:42 04.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Şotlandiyanın baş naziri Həmzə Yusif verdiyi yazılı açıqlamada həyat yoldaşı Nadia əl-Naklanın valideynlərinin Rəfah Sərhəd Qapısından Misirə daxil olduğunu və bu səhər saatlarından etibarən Qəzzanı tərk etdiyini bildirib.

Hafta.az-ın yazdığına görə, Həmzə Yusif son dörd həftənin ailələri üçün kabus olduğunu deyib. Yusuf açıqlamasında qeyd edib ki, qayınatası və qayınanası indi Qəzzadn kənarda olsalar da, hər biri Qəzzada davam edən humanitar böhrəna görə çox kədərlidirlər.

Yusuf Qəzzaya sülh üçün səsini ucaltmağa davam edəcəyini bildirərək, "Hər iki tərəfə atəşkəs haqqında razılığa gəlməyə, kollektiv şəkildə cəzalandırılan xalqa yanacaq da daxil olmaqla humanitar yardım üçün dəhlizlər açmağa çağırışımızı təkrar edirik” deyib.

Bu arada, İngiltərə mətbuatında yer alan xəbərlərdə Rəfah Sərhəd Qapısı vasitəsilə Qəzzadan Misirə keçən İngiltərə vətəndaşlarının sayının 92 olduğu açıqlanıb.