Stalinşünas ekspertdən Rusiyanın gələcəyinə dair 5 ssenari

10:40 26.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Milliyətcə rus olan amerikalı tarixçi ekspert Stiven Kotkin "Foreign Affairs" jurnalı üçün "Rusiyanın 5 gələcəyi və Amerika baş verə biləcəklərə necə hazırlaşa bilər?" adlı məqalə yazıb:

Hafta.az-ın yazdığına görə, Rusiyada da maraqla oxunan Stalinin 4 cildlik tərcümeyi-halı ilə tanınan Kotkin “Putin bu gün ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq nizamı parçalayan buzqıran gəmidir” fikrini irəli sürür. Yenə Kotkinin fikrincə, “Birləşmiş Ştatların Çin və Rusiya kimi ölkələrin transformasiyasına təsir etmək gücü yoxdur, çünki bu iki ölkə ABŞ və Qərbdən çox əvvəl yaranmış imperiya və sivilizasiyalar haqqında özlərini bilirlər".

Kotkinin proqnozlaşdırdığı ssenarilər aşağıdakılardır:

1. Rusiyanın Fransa yolu ilə demokratikləşməsi.

"Rusiya Fransaya bənzəyir. Fransa köklü bürokratik, monarxiya və buna uyğun olaraq inqilabi ənənələrlə dolu bir ölkədir. Əgər Rusiyada demokratiya qonşuları üçün təhlükə yaratmadan qanunun aliliyi ilə yaranarsa, Rusiya böyük güc kompleksi və mədəni şovinizmi ilə indiki Fransaya bənzəyə bilər".

2. Rusiyanın introversiyası.

"Bir çoxları üçün Rusiya anti-Qərb, ənənəvi dəyərlər, slavyanfilizm və pravoslavlığa əsaslanan mistik millətçiliyin təcəssümüdür. Onlara Putinə bütün parametrlərdə bənzəyən, lakin yalnız Ukraynadakı müharibəyə münasibəti ilə fərqlənən lider lazımdır. Digər tərəfdən, millətçilər üçün ən həssas məsələ demoqrafik, əhalinin sayı və əmək qabiliyyətli insanların sayının azalmasıdır. İsraildən gələn texniki idxalat Rusiyanın Həmas-a dəstəyindən sonra azalmaqdadır. Sual yaranır: Rusiya Çindən utancverici asılılığa düşmədən Qərbə nə qədər müqavimət göstərə biləcək?

1. Rusiyanın Çinin peykinə çevrilməsi.

2. Rusiyanın Şimali Koreyaya çevrilməsi.

3. Rusiyanın xaosa düşməsi.

“Birdən çox ölkə (Çin, Yaponiya, Finlandiya) eyni vaxtda ərazi iddiası irəli sürərsə, Rusiyanın ərazi bütövlüyünə təhlükə yarana bilər”.

Kotkin ABŞ-ı bütün ssenarilərə hazır olmağa çağırır və “sülhün bacarıqlı diplomatiya ilə birləşən güc köməyi ilə bərqərar oluna biləcəyini” müdafiə edir.

Siyasət rubrikasından digər xəbərlər