Su anbarında balıq ovlayanlar TUTULDU

16:19 08.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Su anbarında qanunsuz balıq ovlayan şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə su anbarında qanunsuz olaraq balıq ovu ilə məşğul olan Ə.Cəfərov saxlanılıb.

Həmin şəxsdən qanunsuz ovladığı balıqlar və balıqovlama ləvazimatları aşkarlanıb.

Faktla bağlı araşdırmalar aparılır.