“Sumqayıt” baş məşqçisi ilə yollarını ayırıb

12:07 26.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Sumqayıt” baş məşqçisi Saşa İliçlə yollarını ayırıb.

Hafta.az xəbər verir ki, Klubun məlumatına görə, 47 yaşlı serbiyalı mütəxəssislə başa çatan müqavilə yenilənməyib.

O, ötən ilin iyul ayından komandaya rəhbərlik edirdi.

Qeyd edək ki, “Sumqayıt” bu mövsüm Premyer Liqada 41 xalla 7-ci yeri tutub.