Sumqayıt-Pirşağı-Bakı qatarı gecikib

09:21 26.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt-Pirşağı-Bakı qatarında gecikmə olub.

Hafta.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" məlumat yayıb.

Bildirilib ki, bu gün saat 7:45-də Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət etməli olan ekspress sərnişin qatarı texniki səbəbə görə qrafikdən qismən kənara çıxıb və hərəkəti saat 8:20-də bərpa edilib.

 

Qeyd edilib ki, sərnişinlər qrafikdə olan digər qatarlara yönləndirilib. Ekspress qatar istisna olmaqla, digər sərnişin qatarları hərəkətlərini qrafik üzrə davam etdirir.