Sumqayıt Sənaye Parkında 42 sahibkarlıq subyektinə rezident statusu verilib

17:09 27.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“FT Uerxauzinq Kompani” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.

İZİA-dan hafta.az-a bildirilib ki, investisiya dəyəri 18,5 milyon manat olan qida məhsullarının çeşidləndirilməsi və qablaşdırılması layihəsi çərçivəsində 100 yeni iş yerinin yaradılması planlaşdırılır.

Sumqayıt Sənaye Parkında bu günədək ümumi investisiya həcmi 6,8 milyard manat olan 42 sahibkarlıq subyektinə rezident statusu verilib. Rezidentlər tərəfindən park ərazisinə 5,7 milyard manatdan çox investisiya yatırılıb və nəticədə 6000-dən artıq daimi iş yeri yaradılıb.

Agentliyin idarə etdiyi sənaye zonalarında sahibkarlar üçün rəqabətqabiliyyətli və cəlbedici investisiya mühiti formalaşdırılıb. Rezidentlər yüksəksəviyyəli infrastruktur, geniş biznes imkanları və əlverişli şəraitlə təmin olunur. Bununla yanaşı, investorların fəaliyyətinin təşviqi məqsədilə vergi və gömrük sahələrində əhəmiyyətli güzəştlər tətbiq edilir.