Sumqayıtda 11 yaşlı uşağı maşın vurub

16:59 25.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda 11 yaşlı uşağı maşın vurub.

Hafta.az xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində baş verib.

“KİA” markalı avtomobil yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Xədicə Ramiz qızı Soltanovanı vurub. Daha sonra idarəetmədən çıxan avtomobil yük maşınına çırpılıb.

Xəstəxanaya yerləşdirilən azyaşlının vəziyyəti kafi qiymətləndirilir.

Fakt araşdırılır.apa