Sumqayıtda küçədə meyit tapılıb

22:51 22.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda küçədən kişi meyiti tapılıb.

Hafta.az xəbər verir ki, hadisə 4-cü mikrorayon ərazisində baş verib.

 

1975-ci il təvəllüdlü Ceyhun Misir oğlu Əzizov küçədə ölüb. Ölümün dəqiq səbəbləri bilinmir.

Meyit aidiyyatı üzrə təhvil verilib, araşdırma aparılır.